HAQQIMIZDA

2015-Cİ İLDƏN XİDMƏTİNİZDƏYİK !

LİMAK TRAVEL

“LIMAK TRAVEL” fəaliyyətə başlayan gündən Azərbaycanın turizm agentlikləri arasında öz nailiyyətləri ilə seçilən şirkətlərdən biridir! Bu müvəffəqiyyətdə tərəfdaşlarımızın, turistlərin və əziz dostlarımızın əməyi böyükdür! “Limak Travel” şirkətinin xidmətlərindən istifadə edərək, siz həyatınızı maraqlı, unudulmaz və rahat səfərlərlə təmin edirsiniz!

Bizim şirkətin  turistlərinin artan sayı, xidmət və işçilərimizin yüksək peşəkarlıq keyfiyyətinin təsdiqidir.

Şirkətin əsas istiqamətləri:

Dünyanın bir çox ölkələrinə  müxtəlif turlar təklif edirik:

(Azərbaycan, Türkiyə, BƏƏ və MDB ölkələri, Avropa ölkələri, Amerika,Cənub-Şərqi Asiya ölkələri və s.)

Biz müxtəlif qiymət kateqoriyalarına uyğun ekonom və VİP turlar, ekskursiyalar təklif edirik.(tibbi turlar, ekzotik turlar,kruizlər, daxili turlar və otellər)

Bizim xidmətlərdən bir dəfə istifadə edən turistlərimiz, yenə də bizə müraciət edirlər, həmçinin dostlara və tanışlara tövsiyə edirlər. Ümid edirik ki, siz də öz istirahətinizi  bizə etibar edəcəksiniz və xidmətimizdən razı qalacaqsınız.

Hörmətlə, LİMAK TRAVEL